Aİ İrana qarşı insan hüquqlarının pozulmasına görə 9-cu sanksiyalar paketini açıqlayıb
Avropa İttifaqı İrana qarşı insan hüquqlarının pozulmasına görə doqquzuncu sanksiyalar paketini təqdim edib.
AFN.az TASS-a istinadən xəbər verir ki, yeni snaksiyalarla Aİ İslam Respublikasının yeddi rəsmisini qara siyahıya salıb. Bu barədə Avropa İttifaqı Şurasının bazar ertəsi Aİ-nin rəsmi jurnalında dərc olunan qərarında deyilir.
"Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsinin 25 sentyabr 2022-ci il tarixli bəyanatı kontekstində İran hüquq-mühafizə orqanlarının dinc nümayişçilərə qarşı geniş və qeyri-mütənasib güc tətbiqini pislənir. Bu kontekstdə 7 nəfər AB-nin məhdudlaşdırıcı tədbirlərinə məruz qalan hüquqi və fiziki şəxslər siyahısına daxil ediləcək" - deyə qərarda bildirilir.
Sanksiya siyahısına iki qubernator, bir prokuror, bir hakim müavini və üç polis əməkdaşı daxildir. Onların hamısına Aİ öz ərazisinə girişi bağlayır və onların Avropadakı aktivlərini bloklayacağını vəd edir.