ABŞ 9 ölkənin fiziki və hüquqi şəxslərinə sanksiya tətbiq edib
ABŞ Xəzinədarlığı Rusiya Federasiyası da daxil olmaqla 9 ölkədən 40-dan çox fiziki və hüquqi şəxsə qarşı sanksiya tətbiq edib.
AFN.az TASS-a istinadən xəbər verir ki, bu barədə qurumdan məlumat açıqanıb. "2022-ci il ərzində Xəzinədarlıq dünyada insan hüquqlarını və korrupsiya qanunvericiliyini pozan vəzifəli şəxslərə, o cümlədən Qərb Balkanları, Liberiya, Qvatemala, Burme və İran da daxil olmaqla, dünyada insan hüquqları və hüquqi şəxslərə qarşı sanksiyalarla bağlı çoxsaylı tədbirlər görüb" - deyə məlumatda bildirilir.