İrandan Aİ və Böyük Britaniyaya sanksiyaya sanksiya ilə cavab


İran Avropa İttifaqı və Böyük Britaniyadan olan fiziki şəxslərə və qurumlara qarşı sanksiyalar tətbiq edib.


AFN.az-ın xəbərinə görə, İran Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumatında bildirilir ki, sanksiyalar Aİ və Böyük Britaniyanın tətbiq etdiyi son sanksiyalara cavabdır.

İranın tətbiq etdiyi sanksiyalara viza və sanksiya siyahısında adları olan şəxslərin İran ərazisinə daxil olma qadağası, həmçinin ölkənin maliyyə və bank sistemindəki bank hesablarının bloklanması, İranın yurisdiksiyasında olan ərazidəki əmlak və aktivlərinin müsadirə edilməsi kimi tədbirlər daxil edilib. Siyahıya isə Aİ-dən 13 qurum, 23 fiziki şəxs daxildir ki, bunlardan 8 nəfəri Böyük Britaniya vətəndaşıdır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu