Britaniya bu rusiyalı oliqarxlara sanksiya tətbiq etdi - SİYAHI


Britaniya hökuməti “Evraz Group” dağ-mədən və metallurgiya şirkətinin keçmiş rəhbərləri Aleksandr Frolov və Aleksandr Abramova qarşı sanksiyalar tətbiq edib.


Bu barədə Britaniyanın Xarici İşlər Nazirliyi məlumat yayıb. “Tatavtodor”un baş direktoru Ayrat Şaymiyev və “Taif”in baş direktoru Albert Şiqabutdinov da sanksiyalara məruz qalıb. “Bu sanksiyalar Böyük Britaniyanın oliqarxlara qarşı sanksiyalarını genişləndirir və Putinin “hərb maşınını” dəstəkləyənləri hədəf alır”, – Britaniya XİN bildirib.

Məhdudiyyətlərin tətbiqinə səbəb kimi bu şəxslərin Rusiya hökumətindən və ya onun dəstəyindən faydalanması göstərilib.

Sanksiyalar Böyük Britaniyaya giriş qadağası ilə yanaşı, ölkədəki aktivlərin dondurulmasını da əhatə edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu