Böyük Britaniya rusiyalı jurnalistə qarşı sanksiya tətbiq etdi


Britaniya hakimiyyəti rusiyalı jurnalist, rusdilli RT telekanalının keçmiş yayım direktoru Anton Krasovskiyə qarşı sanksiyalar tətbiq edib.


Bu barədə hökumətin saytında dərc olunan sənəddə deyilir.

Sənəddən məlum olduğu kimi, jurnalist “Ukraynanın ərazi bütövlüyünü, suverenliyini və ya müstəqilliyini pozan və ya təhdid edən siyasət və ya hərəkətləri dəstəklədiyi və təşviq etdiyi” üçün sanksiya siyahısına daxil edilib.

Həmçinin Rusiyanın mədəniyyət naziri Olqa Lyubimova və ölkənin təhsil naziri Sergey Kravtsova da məhdudiyyətlər qoyulub.

Sanksiyalara aktivlərin dondurulması və digər maliyyə və investisiya məhdudiyyətləri daxildir.

İyunun sonunda Avropa İttifaqının sanksiyalar siyahısına rusiyalı müharibə müxbirləri Semyon Peqov, Yevgeni Poddubnı, Aleksandr Sladkov və Mixail Zvinçukun daxil edildiyi bildirilmişdi. Bundan əlavə, Aİ “Zvezda” telekanalını, eləcə də baş prodüseri Boris Yanovskini “qara siyahı”ya salıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu