Böyük Britaniya Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib
Böyük Britaniya hökuməti Rusiya əleyhinə sanksiyalar siyahısını 14 yeni pozisiya ilə genişləndirib.
Sanksiya siyahısına təhsil naziri Sergey Kravtsov, eləcə də mədəniyyət naziri Olqa Lyubimova və jurnalist Anton Krasovski daxil edilib. Bundan əlavə, məhdudiyyətlər siyasi strateq Timofey Sergeytsev, Xarkov vilayətinin hərbi-mülki administrasiyasının rəhbəri Vitali Qançev və Adıgey rəhbəri Murat Kumpilovu əhatə edib.
Bundan başqa, Qondarma Donetsk Xalq Respublikasında (DXR) insan haqları üzrə müvəkkili Daria Morozova, həmçinin QDXR-in uşaq ombudsmanı Eleonora Fedorenko və Başqırdıstan Respublikasının baş nazirinin müavini Lenara İvanova da London sanksiyaları altına düşüb.