Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib, siyahıda Qod Nisanov və Zarah İliyevin də adı var


Böyük Britaniya hökuməti 92 rusiyalıya, o cümlədən Azərbaycan əsilli biznesmenlər Qod Nisanov və Zarah İliyevə qarşı sanksiyalar tətbiq edib.


“Report” TASS-a istinadən xəbər verir ki, sənədin yenilənmiş variantı bazar ertəsi Böyük Britaniya Xarici İşlər Nazirliyinin saytında yerləşdirilib.

Sanksiya siyahısına “Qoznak”, “Sberbank”, “Qazprombank” və “Otkritie” bankın rəhbərliyi, Bank VTB-nin Müşahidə Şurasının üzvü Valeri Sidorenko, ARETİ beynəlxalq şirkətlər qrupunun prezidenti İqor Makarov daxil edilib.

Bundan başqa, Rusiya Prezidentinin Daxili Siyasət Administrasiyasının məmurlarına qarşı da sanksiyalar tətbiq olunub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu