ABŞ 66 nəfər rusiyalını "qara siyahı"ya salıb - Siyahıya Peskov daxildir


ABŞ Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskova qarşı sanksiyalar tətbiq edib.


Bu barədə "Reuters" məlumat yayıb. Bununla yanaşı, 19 rusiyalı iş adamı və onlarla əlaqəli 47 şəxsə qarşı da sanksiya tətbiq edilib.

Sanksiya siyahısında Rusiyanın dünyada məşhur olan “Vaqner” özəl hərbi şirkətinin (ÇVK) yaradıcısı və sahibi, milyarder iş adamı Yevgeni Priqojin, Rusiya baş nazirinin keçmiş birinci müavini, “VEB.RF” dövlət korporasiyasının sədri İqor Şuvalov, Rusiyanın “Rostex” Dövlət Şirkətinin direktoru Sergey Çemezov, "Soçi" klubunun prezidenti Boris Rotenberq, milyarder Alişir Usmanov, Rusiyanın maliyyə naziri Anton Siluanovun da adı var.

Peskov və Usmanov istisna olmaqla, siyahıdakı şəxslərin ən yaxın qohumları da sanksiyalara məruz qalıb.

A.Rotenberq həmçinin, Rusiya Hokkey Federasiyasının İdarə Heyətinin sədri və Kontinental Hokkey Liqasının (KHL) Direktorlar Şurasının üzvüdür.

Eyni zamanda dezinformasiya yayan yeddi Rusiya təşkilatına da qarşı sanksiya tətbiq edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu