Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi


Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib.


Bu haqda məlumat Britaniya hökumətinin saytında yer alıb.

Yeni sanksiyalar çərçivəsində Britaniya funt sterlinq və Avropa İttifaqı ölkələrinin əskinaslarının Rusiyaya ixracına qadağa qoyub.

Bununla yanaşı, yeni məhdudiyyətlər texnologiya və neft emalı məhsullarına da şamil edilib.

Həmçinin kimyəvi və bioloji silah, dəniz sektoru ilə bağlı məhsul və texnologiyaların, eləcə də kritik sənaye texnologiyalarının Rusiyaya ixracı qadağan edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu