Bayden Yaponiyaya səfər edəcək


ABŞ prezidenti Co Bayden G7 sammitində iştirak etmək üçün mayın 19-21-də Yaponiyaya səfər edəcək.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karine Jean-Pierre bildirib. "Prezident Bayden mayın 19-21-də Yaponiyanın Xirosima şəhərində keçiriləcək G7 sammitində iştirak edəcək", - Jean-Pierre açıqlayıb.

Onun sözlərinə görə, sammit zamanı G7 liderləri qlobal problemləri, o cümlədən Ukrayna ətrafındakı vəziyyət və Kiyevə dəstək kimi məsələləri müzakirə edəcəklər.

Bayden daha sonra Avstraliyaya səfər edəcək və mayın 24-də Sidneydə Yaponiya, Hindistan və Avstraliya liderləri ilə dördtərəfli görüş keçirəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu