Xirosimada G7 sammiti başladı


Xirosimada (Yaponiya) G7 sammiti başlayıb. Müzakirələrdə Yaponiyanın baş naziri Fumio Kişida ilə yanaşı, ABŞ, Fransa, Böyük Britaniya, Almaniya, Kanada və İtaliya liderləri də iştirak edir.


Sammitə Avropa İttifaqı, İndoneziya, Hindistan, Cənubi Koreya, Avstraliya və Vyetnam nümayəndələri də dəvət olunub.

Qeyd edək ki, “Bloomberg” öz mənbələrinə istinadən Ukrayna Prezidenti Volodimir Zelenskinin də G7 sammitində iştirak etmək üçün Yaponiyaya gedəcəyini xəbər verib.

Bildirilib ki, Ukrayna prezidenti bundan əvvəl Ərəb Dövlətləri Liqasının sammitində iştirak etmək üçün Səudiyyə Ərəbistanında olacaq, oradan isə ABŞ hərbi təyyarəsi ilə Yaponiyaya səfər edəcək.
ABŞ Milli Təhlükəsizlik Şurasının nümayəndəsi nəşrə şərh verməkdən imtina edib.

Mənbə: RBK



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu