Bu gün G7 Sammiti öz işinə başlayır
Ukrayna prezidenti Vladimir Zelenski G7 sammitindən (ABŞ, Böyük Britaniya, Kanada, Fransa, İtaliya, Almaniya və Yaponiya) Ukrayna ilə bağlı çıxacaq qərarları anons edib.
AFN.az Ukrayna mənbələrinə istinadən bildirir ki, bu barədə dövlət başçısı ABŞ prezidenti Co Baydenlə söhbətindən sonra açıqlama verib: "Bu gün G7 sammiti keçiriləcək. Ukrayna iştirak edəcək. İndi biz Amerika ilə mövqelərimizi razılaşdırmışıq. Bu, çox mühüm sammit olacaq və vacib qərarlar çıxarılacaq".
Zelenski qeyd edib ki, söhbət zamanı Ukraynanın sülh düsturunun müsbət qəbul edildiyini hiss etməkdən şad olub və bu nikbinliyi artırıb. Zelenski əlavə edib ki, düsturun bəndləri nə qədər tez həyata keçirilsə, Ukrayna və bütün Avropa üçün təhlükəsizlik zəmanətləri bir o qədər güclü olacaq.