Zelenski Aİ sammitində iştirak edəcək


Ukrayna Prezidenti Volodimir Zelenski Brüsselə gedəcək.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, səfər çərçivəsində Zelenski Avropa İttifaqının (Aİ) sammitində iştirak edəcək. Ukrayna prezidentinin Avropa Parlamentində çıxışı və bir sıra görüşlər keçirəcəyi planlaşdırılır. Onun Aİ liderləri ilə Kiyevə hərbi yardımı artırmaq və Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etmək istiqamətində danışırlaq aparacağı gözlənilir. Zelenskinin Rusiyanın nüvə enerjisi sahəsinə və “Rosatom” şirkətinə qarşı məhdudiyyətlərin tətbiq edilməsini istəyəcəyi də gözlənilir.

Zelenski dünən London və Parisə səfər edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu