Zelenski Gürcüstanda səfərdədir


Ukrayna Prezidenti Vladimir Zelenski Gürcüstana rəsmi səfər edib.


“Qafqazinfo” “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, Zelenski 17-ci Batumi Beynəlxalq konfransında iştirak edəcək.

Məlumata əsasən, konfrans bu gün günün ikinci yarısı başlayacaq. Tədbirdə, həmçinin Moldova Prezidenti Maya Sandu və Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişel iştirak edəcək.

V. Zelenski Gürcüstana səfəri çərçivəsində ölkə Prezidenti və Baş nazir ilə də görüşəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu