Aİ Şurasının sədri: Ukraynaya dəstək bizim ən vacib prioritetimizdir


Avropa İttifaqı tərəfdarlarının Ukraynada rusiyayönlü hökumətə qarşı başlatdığı nümayişlərin 10-cu ildönümündə Avropa Şurasının sədri Şarl Mişel Ukraynanın paytaxtı Kiyevdən Ukraynaya dəstəklə bağlı mesaj verib. O bildirib ki, bu, AB-nin ən vacib prioritetidir.


O, qərbyönlü rejimin rusiyapərəstlərə qarşı qələbəsi ilə nəticələnən “Meydan hadisələri”nin 10-cu ildönümündə Aİ-nin dəstəyini vurğulamaq üçün Kiyevə səfər edib.

Səfər çərçivəsində Mişel Ukrayna Prezidenti Vladimir Zelenski və Moldova Prezidenti Maya Sandu ilə görüşüb və birgə mətbuat konfransı keçiriblər.

“Ukraynaya dəstək Aİ-nin ən yüksək prioritetidir və belə də qalacaq” - deyən Mişel bildirib ki, Ukrayna Aİ-yə üzvlük üçün zəruri olan islahatları sürətlə həyata keçirib.

Mişel Moldovanı da Aİ yolunda dəstəkləyəcəklərini ifadə edərək, İttifaqın genişlənməsi nəticəsində həm daha böyüyəcəyini, həm də güclənəcəyini vurğulayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu