Avropa İttifaqı: "Vaqnerin üsyanı Rusiyanın daxili işidir"


Avropa İttifaqı (Aİ) Şurasının sədri Çarlz Mişel Vaqner Qrupunun Rusiya rəhbərliyinə qarşı üsyanı ilə başlayan hadisələri yaxından izlədiyini ifadə edərək, bunun Rusiyanın daxili işi olduğunu bildirib.


Mişel Twitter hesabından verdiyi açıqlamada AB-nin Rusiyada baş verənləri yaxından izlədiyini bildirib.

Avropa liderləri və G7 tərəfdaşları ilə təmasda olduğunu bildirən Mişel, "Bu, açıq şəkildə Rusiyanın daxili məsələsidir" deyib. O, Ukraynaya və Ukrayna prezidenti Volodimir Zelenskiyə dəstəyinin sarsılmaz olduğunu ifadə edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu