Avropa İttifaqı Ukraynaya həlledici yardımı göstərməlidir - Şarl Mişel


Avropa İttifaqı yaxın həftələrdə Ukraynaya maksimum yardım göstərməlidir.


AFN.az xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel deyib. Brüsseldə baş tutan və Ukrayna Prezidenti Volodimir Zelenskinin də şəxsən qatıldığı Aİ sammiti çərçivəsində keçirilən mətbuat konfransında danışan Şarl Mişel bildirib ki, bu yardım həlledici olacaq. Onun sözlərinə görə, qarşıdakı həftələr və aylar həlledici olacaq. "Biz Ukraynaya maksimum yardım göstərməyə davam etməliyik”, - deyə Şarl Mişel vurğulayıb.

Aİ rəhbəri qeyd edib ki, bu yardım həm hərbi, həm maliyyə, həm də siyasi xarakter daşımalıdır: “Bütövlüyünüzü qorumaq üçün lazım olanı almalısınız. Bu, həm artilleriyadır, həm sursatdır, həm də müdafiə sistemləridir”.

Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen isə öz növbəsində bildirib ki, Aİ və birliyə üzv ölkələrin Ukraynaya ümumi yardımı artıq 67 milyard avroya çatıb.
Mətbuat konfransında həmçinin Rusiyaya qarşı sanksiya təzyiqlərini davam etdirəcəyi və Moskvaya qarşı 10-cu sanksiyalar paketinin hazırlandığı vurğulanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu