Zelenski Yunanıstanın baş naziri ilə görüşəcək


Ukrayna prezidenti Vladimir Zelenski Yunanıstana səfər edib. O, burada baş nazir Kiriakos Mitsotakislə görüşəcək.


AFN.az xəbər verir ki, bu barədə Ukrayna dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

Zelenskinin Mitsotakislə görüşü Meqaro Maksimunun iqamətgahında baş tutacaq. Sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş olacaq.

Dövlət başçılarının mətbuata birgə açıqlaması da gözlənilir. Axşam isə Balkan ölkələrinin liderləri, Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen və Avropa Şurasının prezidenti Şarl Mişelin iştirak edəcəyi nahar təşkil olunacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu