Zelenski Yunanıstana səfərə gedib - KİV


Avqustun 21-də Ukrayna prezidenti Vladimir Zelenski Yunanıstana gedib. O, Qərbi Balkan ölkələrinin liderləri ilə şam yeməyində iştirak edəcək.


AFN.az "Unian"a istinadən xəbər verir ki, bu barədə Yunanıstanın “To Vima” və “Atina səsi” nəşrləri yazır. Nahar Yunanıstanın baş naziri Kiriakos Mitsotakis tərəfindən verilir. Tədbirdə Qərbi Balkan ölkələrinin liderləri ilə yanaşı, Avropa Komissiyasının sədri Ursula fon der Leyen və Avropa Şurasının rəhbəri Şarl Mişel də iştirak edəcək.

Mənbənin məlumatına görə, siyasətçilər Maximos sarayında bir araya gələrək regionun genişlənməsi və Avropa gələcəyini, Balkanlar və Cənub-Şərqi Avropanın enerji təhlükəsizliyini, Rusiya Federasiyasına qarşı sanksiyaları müzakirə edəcəklər.

Yunanıstan hakimiyyəti Zelenskinin səfəri ilə bağlı məlumatı nə təsdiq, nə də təkzib edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu