Macarıstan Aİ-nin genişlənməsinə çağırır


Macarıstanın xarici işlər naziri Peter Szijarto Qərbi Balkan ölkələrinin dərhal Avropa Birliyinə (Aİ) qəbul edilməsinə çağırıb.


AFN.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Peter Szijarto bildirib ki, bu haqda 2030-cu il söhbəti gedir: "Niyə sabah olmasın? Bizə indi AB bütün Qərbi Balkan namizədlərini qəbul etməliyik deməyə nə mane olur?"

Szijarto müvafiq bəyanatla Sloveniyanın Bled şəhərində keçirilən XVIII Strateji Forumda çıxış edib. Forumun əsas gündəmlərindən biri Aİ-nin genişlənməsi və Qərbi Balkan ölkələrinin birliyə qəbulu məsələsidir.

Avropa Şurasının rəhbəri Şarl Mişel Sloveniyada keçirilən XVIII Beynəlxalq Strateji Forumun açılışında Aİ-nin 2030-cu ilə qədər mümkün genişlənməsini açıqlayacaq. Assosiasiyaya üzv olmaq üçün əsas namizədlər Albaniya, Bosniya və Herseqovina, Moldova, Şimali Makedoniya, Serbiya, Monteneqrodur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu