Aİ Komissiyası Bosniya və Herseqovina ilə üzvlük danışıqlarına başlamağı tövsiyə edir
Avropa İttifaqı (Aİ) Komissiyası namizəd ölkələrdən biri olan Bosniya və Herseqovina ilə üzvlük danışıqlarına başlamağı tövsiyə edib.
Avropa Parlamentinin (AP) Baş Assambleyasında verdiyi açıqlamada Aİ Komissiyasının sədri Ursula fon der Leyen Komissiyanın Bosniya və Herseqovina ilə üzvlük danışıqlarının başlanmasını tövsiyə etmək qərarına gəldiyini bildirib.
Fon der Leyen, AB-nin Qərbi Balkanlara dair siyasətinin son zamanlar dəyişdiyini deyib: "Anladıq ki, Qərbi Balkanların bizə yaxınlaşmasını gözləmək kifayət deyil. Qapının açıq olduğunu demək kifayət deyil. Biz bunu etməliyik, hər cür dəstəkləməliyik".
Bosniya və Herseqovinanın əldə etdiyi irəliləyişlərə toxunan fon der Leyen, Bosniya və Herseqovinanın namizəd statusu almasından sonra təsirli addımlar atdığını vurğulayıb. O, bəyan edib ki, Bosniya və Herseqovina Aİ-nin xarici siyasətinə tam uyğun gəlməklə yanaşı, daxildə də mühüm sahələrdə islahatlar həyata keçirib.
Fon der Leyen AB-yə üzvlük üçün daha çox irəliləyişin lazım olduğunu vurğulayaraq, qeyd edib ki, ölkə üzvlük kriteriyalarına cavab verə biləcəyini və vətəndaşlarının ailənin bir parçası olmaq istədiyini göstərir: "Bu səbəbdən Aİ Şurasına Bosniya və Herseqovina ilə üzvlük danışıqlarına başlamağı tövsiyə etmək qərarına gəldik”.