Avropa İttifaqı Türkiyə ilə bağlı siyasətinə yenidən baxmalıdır - Hakan Fidan


Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, Avropa İttifaqı Ankara ilə bağlı siyasətinə yenidən baxmalı, onu daha rasionallaşdırmalıdır.


O, bu barədə Ankarada Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Szijarto ilə danışıqlardan sonra keçirdiyi mətbuat konfransında danışıb.

“Macarıstan bu ilin ikinci yarısında Aİ-yə sədrlik edəcək. Aİ strateji düşünməli və Türkiyəyə münasibətdə kimlik siyasətinə son qoymalıdır. Türkiyə-Aİ münasibətləri bəzi ölkələrin siyasi hesablamalarının qurbanı olmamalıdır. Biz Aİ-nin bizim cəmiyyətə üzvlüyüm haqqında daha rasional düşünməsini gözləyirik”, - deyə Fidan bildirib.

Türkiyəli nazir qeyd edib ki, o, Türkiyənin Aİ-yə üzvlüyünə maneələrin aradan qaldırılmasında və birlik ilə əlaqələrin yaxşılaşdırılmasında Macarıstanın dəstəyinə ümid edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu