Bayden-Zelenski görüşü gələn həftəyə gözlənir


Prezident Co Bayden gələn həftə ukraynalı həmkarı Vladimir Zelenski ilə Ağ Evdə görüşəcək.


AFN.az xəbər verir ki, bu barədə "Reuters" Ağ Ev Administrasiyasındakı mənbəyə istinadən məlumat yayıb.

Bundan əvvəl də mediada bildirilib ki, Vladimir Zelenski gələn həftə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının iclasında iştirak etməyi planlaşdırır və bundan sonra prezident Co Baydenlə görüşü gözlənilir.

CNN iki dövlət liderlərinin planları ilə tanış olan bir neçə mənbəyə istinadən, Bayden və Zelenskinin BMT Baş Assambleyasının iclasından sonra görüşəcəyini bildirib. Nəşr yazır ki, görüşün dəqiq harada - BMT-nin mənzil-qərargahının yerləşdiyi Nyu-Yorkda və ya Vaşinqtonda keçiriləcəyi hələ də qeyri-müəyyən olaraq qalır.

Kanalın mənbələrindən biri bildirib ki, Zelenski BMT-dəki çıxışından dərhal sonra ABŞ paytaxtına gedəcək.

Hər iki prezidentin çərşənbə axşamı BMT Baş Assambleyasında çıxışı planlaşdırılır. Kiyevdəki CNN mənbəsinin bildirdiyinə görə, Zelenski dünya ictimaiyyətini Rusiyaya qarşı əks hücumu davam etdirən Ukraynaya dəstəyi gücləndirməyə çağıracaq. Zelenskinin planları ilə tanış olan mənbələr bildiriblər ki, BMT-dəki çıxışından əlavə, Ukrayna prezidenti Nyu Yorkda bir sıra dövlətlərin liderləri ilə görüşəcək.

Ukrayna lideri sərt anti-müharibə mövqeyi tutmayan digər ölkələrin liderlərini Moskvanın hərəkətlərini daha sərt şəkildə pisləməyə inandırmaq istəyiri. Zelenskinin həmçinin İsrailin baş naziri Binyamin Netanyahu ilə görüşü gözlənilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu