Zelenski Ağ Evə və Konqresə səfər edəcək


Ukrayna prezidenti Volodomir Zelenskinin Ağ Evə və ABŞ Konqresinə səfər edəcəyi bildirilib.


Adının çəkilməsini istəməyən ABŞ rəsmiləri bildiriblər ki, Zelenskinin səfəri gələn həftə Nyu Yorkda keçiriləcək BMT Baş Assambleyasında iştirakından sonra baş tutacaq. Bildirilib ki, Zelenski gələn həftə cümə axşamı Ağ Evdə ABŞ prezidenti Co Baydenlə görüşəcək.

ABŞ Konqresi hazırda Ukraynaya əlavə 21 milyard dollar yardımı müzakirə edir. Konqresdəki bəzi respublikaçılar iddia edir ki, Ukraynaya yardım dayandırılmalı və federal büdcədə xərclər azaldılmalıdır.

Zelenski 2022-ci ilin dekabrında Vaşinqtona səfəri zamanı Konqresə müraciət edərək bildirib ki, ABŞ-ın Ukraynaya yardımı “ianə” deyil, “qlobal təhlükəsizlik və demokratiyaya” investisiyadır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu