Almaniya prezidenti Ukraynaya səfər edəcək - Zelenski açıqladı


“Almaniya prezidenti Frank-Valter Ştaynmayerin Ukraynaya səfəri planlaşdırılır”.


Bunu Ukrayna prezidenti Vladimir Zelenski sosial şəbəkədəki səhifəsində məlumat verib.

“Almaniya prezidenti Frank-Valter Ştaynmayerlə məhsuldar telefon danışığı oldu. Biz Almaniya prezidentinin Ukraynaya səfərinə hazırlaşırıq”, – Zelenski yazıb.

Zelenski Almaniya liderinin Ukraynaya nə vaxt səfər edəcəyi ilə bağlı təfərrüatları açıqlamayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu