Almaniya Prezidenti Ukraynada bir saat bomba sığınacağında qalıb


Almaniya Prezidenti Frank-Valter Ştaynmayer hava hücumu xəbərdarlığı səbəbindən bir saat Ukraynanın Çerniqov vilayətinin Koryukovka şəhərində bomba sığınacağında qalmalı olub.


Azpost.info xəbər verir ki, bu barədə ARD məlumat yayıb.

“Hava həyacanı siqnalı! Ukraynanın şimalındakı Koryukovkaya çatdıqdan bir neçə dəqiqə sonra prezident Ştaynmayer bomba sığınacağına gedəcək”, – ARD-nin jurnalisti Mattias Deiss öz “Tviter” səhifəsində yazıb.

Daha sonra o əlavə edib ki, Ştaynmayer sığınacaqda yerli sakinlər və Koryukovka meri ilə söhbət edib.

Qeyd edək ki, bu, Rusiyanın xüsusi əməliyyatı başlayandan bəri Frank-Valter Ştaynmayerin Ukraynaya ilk səfəridir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu