Nikolaevdə partlayış baş verib


Ukraynanın cənubundakı Nikolayevdə partlayış baş verib.



Bu barədə yerli “Novosti N” nəşri məlumat yayıb.

KİV-in məlumatına görə, partlayış fevralın 23-də saat 11:00 radələrində baş verib. Bu zaman şəhərdə hava hücumu xəbərdarlığı elan edilib.

Hadisə şahidləri sosial şəbəkələrdə səsin kifayət qədər güclü olduğunu bildiriblər.

Daha sonra Nikolayevin meri Aleksandr Senkeviç Telegram kanalında yazıb ki, partlayışlar şəhərdən kənarda baş verib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu