Kiyevdə partlayış olub


Kiyevin Solomenski rayonunda partlayış və yanğın baş verib.


AFN.az xəbər verir ki, bu barədə şəhərin meri Vitali Kliçko özünün Telegram kanalında yazıb. Partlayışa səbəb Ukrayna HHM qüvvələrinin vurduğu dron olub. Dron yanaraq 4 mərtəbəli binanın üzərinə düşüb və binada yanğın baş verib.

Onun sözlərinə görə, hadisə yerinə yanğın söndürən və təcili tibbi yardım maşınları gəlib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu