Almaniya prezidenti Qətərə enərkən təyyarədə 30 dəqiqə gözlədilib


Almaniya prezidenti Frank Valter Ştaynmayerin 4 günlük Yaxın Şərq səfərinin son dayanacağı Qətərdə təyyarədə yarım saat gözlədildiyi iddia edilib.



Alman mətbuatında yer alan xəbərlərə görə, Ştaynmayer dünən təyyarə ilə Doha hava limanına enib, lakin onu qarşılayacaq Qətər rəsmisi olmadığı üçün təxminən yarım saat gözləməli olub.

Ştaynmayerin gözləməsinin Qətərin Almaniyanın Qəzza siyasətinə reaksiyası ilə bağlı ola biləcəyi şərh edilib.

Ştaynmayerin həyat yoldaşı Elke Büdenberder və digər nümayəndə heyətinin daha əvvəl təyyarədən endiyi vurğulanıb.

Qətərin xarici işlər üzrə dövlət naziri Sultan bin Saad Əl Murayxi tərəfindən qarşılandıqdan sonra Ştaynmayerin Qətər əmiri Şeyx Təmim Bin Hamed Al Tani ilə görüşmək üçün vaxtında gəldiyi bildirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu