Bayden yenidən Ukraynaya getmək istəyir
ABŞ Prezidenti Co Bayden yenidən Ukraynaya səfər etmək istəyir.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə o, Ağ Evdə ukraynalı həmkarı Vladimir Zelenski ilə görüşündə deyib. O, daha əvvəlki səfərini xatırlayaraq yenidən Ukraynada olmaq istədiyini deyib.
Qeyd edək ki, Bayden Zelenski ilə görüşdən əvvəl Tvitter səhifəsində ukraynalı həmkarı ilə görüşü səbirsizliklə gözlədiyini yazıb.