Bayden Vyetnama səfərini elan etdi
ABŞ prezidenti Co Bayden tezliklə Vyetnama səfər edəcəyini deyib.
AFN.az "NBC News"a istinadən xəbər verir ki, bu səfər ABŞ-ın bölgədəki təsirini Çinə qarşı çıxmaq cəhdi kimi qiymətləndiriləcək.
Baydenin şərhləri Nyu Meksiko ştatında keçirilən ianə aksiyasındakı çıxışlarının hesabatına daxil edilib.
Bayden iyulun 29-da Men ştatının Friport şəhərində keçirilən seçki kampaniyası zamanı Vyetnam liderinin onunla görüşmək istədiyini bildirib.
"Mənə Vyetnam rəhbəri zəng etdi, o, G20 sammitinə gedəndə mənimlə görüşmək istəyir" - deyə Bayden qeyd edib: "O, bizi Rusiya və Çinlə bərabər əsas tərəfdaşa çevirmək istəyir".