Bayden və Zelenski döyüş meydanındakı vəziyyəti müzakirə etməyi planlaşdırıblar
ABŞ prezidenti Co Bayden və ukraynalı həmkarı Volodimir Zelenski dekabrın 12-də keçirilən görüşdə döyüş meydanındakı vəziyyəti müzakirə etməyi planlaşdırır.
RİA Novosti xəbər verir ki, bu barədə Ağ Evin strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.
Kirbi qeyd edib ki, Bayden cəbhələrdə mövcud vəziyyətlə bağlı xəbərlər eşitməyi gözləyir. O, həmçinin vurğulayıb ki, Vaşinqton Kiyevi xüsusilə qışda dəstəkləməkdə davam etmək niyyətindədir.
Bir gün əvvəl məlum olmuşdu ki, ABŞ prezidenti Zelenskini dekabrın 12-də Ağ Evdə görüşə dəvət edib. Tərəflərin Kiyevin cari ehtiyaclarını müzakirə edəcəyi gözlənilir. Zelenskinin bütün ABŞ Senatı ilə görüşdə çıxışı da planlaşdırılır.