Ukrayna PA-nın rəhbəri Ağ Evin milli təhlükəsizlik müşaviri ilə danışıqlar aparıb


Ukrayna prezidentinin aparat rəhbəri Andrey Yermak Ağ Evin milli təhlükəsizlik müşaviri Ceyk Sallivanla danışıqlar aparıb.


"RBC-Ukrayna" Vladimir Zelenskinin ofisinə istinadən xəbər verir ki, tərəflər silah istehsalına dair Ukrayna-Amerika konfransını və digər məsələləri müzakirə ediblər.

Ermak Sallivanı döyüş meydanındakı vəziyyət, eləcə də Ukrayna Müdafiə Qüvvələrinin cari problemləri barədə məlumatlandırıb.

Həmçinin qeyd olunur ki, Ukrayna prezidentinin aparat rəhbəri ölkə prezidenti Vladimir Zelenski ilə bu yaxınlarda cəbhəyanı rayonlara səfərindən, eləcə də Ukrayna hərbi qüvvələrinin ön mövqelərinə səfərindən danışıb. Görüş zamanı hərbçilər silah və sursatla bağlı konkret sorğular çatdırıblar.

“Həmsöhbətlər prezident Vladimir Zelenski ilə ABŞ prezidenti Cozef Bayden arasında razılaşmalara uyğun olaraq dekabrın 6-7-də Vaşinqtonda keçiriləcək silah istehsalına dair ilk Ukrayna-Amerika konfransına hazırlığı da müzakirə ediblər”, – mətbuat xidməti yazır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu