Baydenlə Zelenskinin görüşü 2 saat davam edəcək


Ukrayna prezidenti Vladimir Zelenski Kiyev vaxtı ilə saat 21:00-da Ağ Evə gələrək Amerika Birləşmiş Ştatlarının prezidenti Co Baydenlə görüşəcək.


AFN.az-ın məlumatına görə, bu barədə ABŞ prezidentinin ictimai cədvəlində məlumat verilir. Saat 21:30-da Bayden və Zelenski arasında ikitərəfli görüş başlamalıdır. Təxminən saat 23:30-da Bayden və Zelenski arasında birgə mətbuat konfransı keçiriləcək.
Ukrayna Prezidentin mətbuat katibi Sergey Nikiforovun sözlərinə görə, Baydenlə görüşdə iki ölkə arasında əməkdaşlıq məsələləri müzakirə olunacaq. Xüsusilə də Ukraynanın suverenliyi və ərazi bütövlüyünün bərpası istiqamətində sabitliyin və müdafiənin gücləndirilməsinə danışıların aparılması planlaşdırılır.
Ukrayna Prezidenti həmçinin, ABŞ Konqresinin iki palatasının birgə iclasında çıxış edəcək və bir sıra ikitərəfli görüşlər keçirəcək.
Qeyd edək ki, Zelenskinin səfəri Vaşinqtonun Kiyevə yeni hərbi yardım paketinin ayrılması ilə bağlıdır. Bu paketə “Patriot” hava hücumundan müdafiə sistemi daxil olacaq.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu