Zelenski Vaşinqtona ABŞ-ın hərbi təyyarəsi ilə getdi - FOTOLAR


Ukrayna Prezidenti Volodimiz Zelenskinin Vaşinqtona getməsi üçün ABŞ hərbi təyyarə ayırıb.


APA-nın xəbərinə görə, bu barədə CNN məlumat yayıb. Kanal bildirir ki, hazırda Ukrayna prezidenti yoldadır. Onun Ağ Evə saat 14.00-da (Bakı vaxtı ilə 23.00) çatması gözlənilir.

Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar Direktoru Con Kirbi bildirib ki, ABŞ səfər müddətində Zelenskinin təhlükəsizliyini təmin etmək üçün rəsmi Kiyevlə sıx koordinasiyada işləyir.

***

Ukrayna Prezidenti Volodimir Zelenski Vaşinqtona çatıb.


APA-nın məlumatına görə, bu barədə NBC kanalının jurnalisti Piter Aleksander məlumat yayıb.

***

“Mən Amerika xalqına, Prezidentə və Konqresə bizə çox lazım olan dəstəyə görə təşəkkür etmək üçün bu gün Vaşinqtondayam, həmçinin qələbəmizi yaxınlaşdırmaq üçün əməkdaşlığı davam etdirməyin vacibliyini çatdırmaq üçün”.


APA-nın xəbərinə görə, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Tvitterdə bildirib.

“Mən Ukraynanın dayanıqlığını və müdafiə qabiliyyətini gücləndirmək üçün bir sıra danışıqlar aparacağam. Xüsusilə, ABŞ prezidenti Co Baydenlə Ukrayna və Amerika Birləşmiş Ştatları arasında ikitərəfli əməkdaşlığı müzakirə edəcəyik.

Gələn il biz Ukrayna bayrağını və azadlığını bütün torpağımıza, bütün xalqımıza qaytarmalıyıq” – deyə Zelenski bildirib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu