Ukrayna ABŞ-ın müdafiə sənayesi qrupları ilə əməkdaşlıq memorandumları imzalayıb


Ukrayna ABŞ-ın bir sıra ixtisaslaşmış təşkilatları ilə müdafiə-sənaye sahəsində əməkdaşlıq memorandumları imzalayıb.


Bu barədə Ukrayna prezidenti Vladimir Zelenskinin mətbuat xidməti məlumat yayıb.

Onun sözlərinə görə, Zelenskinin iştirakı ilə Ukraynanın Strateji Sənaye Nazirliyi, Qlobal Müdafiə Sənayesi Alyansı, Arizona Müdafiə Sənayesi Koalisiyası və Yuta Aerokosmik və Müdafiə Assosiasiyası arasında əməkdaşlıq və birgə layihələrin inkişafı haqqında memorandumlar imzalanıb”.

Mətbuat xidmətinin məlumatında bildirilib ki, bu sənədlərin Ukrayna tərəfi ilə öz istehsalat obyektlərini Ukrayna ərazisində yerləşdirməkdə maraqlı olan Amerika müdafiə şirkətləri arasında əlaqələrin qurulmasına və əməkdaşlığın inkişafına kömək edəcəyi gözlənilir.

Zelenski sentyabrın 21-də ABŞ-ın müdafiə naziri Lloyd Ostin ilə görüşüb və Ukraynaya “Ramşteyn formatında” hərbi yardım üzrə təmas qrupunun görüşünün nəticələrini və Kiyevin uzunmüddətli perspektivdə müdafiə ehtiyaclarını müzakirə edib. Bundan sonra prezident amerikalı həmkarı Co Baydenlə görüşmək üçün Ağ Evə gəlib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu