Danimarka və Ukrayna müdafiə təchizatı üzrə memorandum imzalayıb


Danimarka və Ukrayna hərbi təchizat sahəsində əməkdaşlıq memorandumu imzalayıblar.



Danimarka və Ukrayna Ukrayna Silahlı Qüvvələrinin (AFU) ehtiyacları üçün hərbi təchizat sahəsində əməkdaşlıq memorandumu imzalayıblar.

Bu barədə Ukrayna Müdafiə Nazirliyi (MN) özünün Telegram kanalında məlumat yayıb.

“Müdafiə Təchizatları Agentliyi (Ukrayna MN) və Danimarkanın Müdafiə Təchizatları və Logistika Təşkilatı (DALO) müdafiə satınalmaları sahəsində anlaşma və əməkdaşlıq memorandumu imzalayıblar.

Ukrayna müdafiə nazirinin müavini Dmitri Klimenkov bildirib ki, imzalanmış memorandum Ukrayna Silahlı Qüvvələrinə müasir silah və hərbi texnikanın tədarükü üzrə əməkdaşlığın dərinləşdirilməsində mühüm addımdır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu