Ukrayna kəşfiyyatı cəbhədə vəziyyətin ağır olduğunu açıqlayıb


Ukrayna Silahlı Qüvvələrinin (AFU) cəbhədə vəziyyəti ağırdır.


AFN.az yerli mediaya istinadən xəbər veirr ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsinin (GUR) rəis müavini Vadim Skibitski deyib. Onun sözlərini idarənin mətbuat xidməti yayıb.

Skibitski vurğulayıb ki, Ukrayna Silahlı Qüvvələri əhəmiyyətli miqdarda sursata, daha çox hava hücumundan müdafiə sistemlərinə və uzaq mənzilli dəqiq sistemlərə ehtiyac duyur. Onun fikrincə, yalnız silah təchizatı döyüş meydanında vəziyyəti dəyişə bilər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu