Bayden "Böyük iyirmilik" ölkələrinin sammitində iştirak edəcək


ABŞ prezidenti Cozef Bayden oktyabrın sonlarında "Böyük iyirmilik" (G20) ölkələrinin sammitinə yola düşəcək.


“Report” xəbər verir ki, bu barədə “Axios” mənbəyə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, Bayden İtaliyanın paytaxtı Romada keçiriləcək sammitdə iştirak edəcək və bundan sonra BMT-nin iqlim dəyişikliyi üzrə sammitində iştirak üçün Şotlandiyanın Qlazqo şəhərinə yola düşəcək.

Ağ Evdən bildirilib ki, Bayden bu prosesdə anlayışa nail olmaq və dinamikanı saxlamaq üçün oktyabrın sonlarında Fransa prezidenti Emmanuel Makronla görüşəcək.

G20 sammiti oktyabrın 30-31-də Romada keçiriləcək. Bayden bundan sonra noyabrda keçiriləcək iqlim dəyişikliyi üzrə sammitə qatılacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu