Zelenski G20 sammitində iştirak etmək üçün Baliyə getməyəcək


Ukrayna Prezidenti Vladimir Zelenski İndoneziyada keçiriləcək G20 sammitində iştirak üçün Baliyə gəlməyəcək.



“Report” “RBK Ukraina”ya istinadən xəbər verir ki, bunu toplantının hazırlanmasına cavabdeh olan şəxs - İndoneziyanın dənizçilik və sərmayələr üzrə nazir-koordinatoru Luhut Binsar Pancaita deyib.

Belə ki, Zelenskinin G20 sammitinə videoformatda qatılacağı gözlənilir.

O, həmçinin ABŞ Prezidenti Cozef Baydenin sammitdə iştirakını təsdiqləyib.

Səlahiyyətli şəxs Rusiya Prezidenti Vladimir Putinin sammitdə iştirak etməməsinə də münasibət bildirib: “Bəlkə də, bu, hamımız üçün daha yaxşıdır”.

Xaırladaq ki, noyabrın 15-16-da İndoneziyanın Bali adasında G20 sammiti keçiriləcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu