Bayden Rusiyaya qarşı 500-dən çox yeni sanksiya tətbiq edəcək


ABŞ prezidenti Co Bayden rusiyalı dissident Aleksey Navalnının həbsxanada ölümünə görə Rusiyaya qarşı 500-dən çox yeni sanksiya tətbiq etmək qərarına gəldiklərini açıqlayıb.



Ağ Evin rəsmi saytında verilən açıqlamaya görə, ABŞ prezidenti Co Bayden Rusiya ilə Ukrayna arasında müharibənin ikinci ili ərəfəsində dərc olunan mesajında ​​Navalnının ölümü ilə əlaqədar Moskvaya qarşı yeni sanksiyalar elan edib.

Bayden bəyan edib ki, Navalnının ölümü və Rusiya-Ukrayna müharibəsinin ikinci ili ilə əlaqədar Rusiyaya qarşı 500-dən çox yeni sanksiya tətbiq olunacaq.

Bayden sanksiyaların Rusiyanın maliyyə və müdafiə sektorunu, eləcə də Navalnının həbsi ilə əlaqəsi olan insanları əhatə edəcəyini vurğulayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu