Avropa İttifaqı avqustdan Rusiyadan kömür idxalını dayandıracaq
Avropa İttifaqı (Aİ) bu ilin avqust ayından Rusiyanın kömür idxalına tətbiq olunacaq qadağanını bu gün təsdiqləməyə hazırlaşır.
“Report” bu barədə “Reuters” agentliyinə istinadən xəbər verir.
Məlumata görə, qadağanın iyul ayından qüvvəyə minməsi planlaşdırılsa da, Almaniyanın göstərdiyi təzyiqlərdən sonra məsələnin 1 ay ertələnməsi qərara alınıb.
Kömür idxalından imtina Aİ-nin Ukraynanın Buça şəhərində törədilmiş vəhşiliklərdən sonra Rusiyaya qarşı tətbiq etdiyi 5-ci sanksiyalar paketinin əsas hissəsidir. Bununla da, Avropa ölkələri Rusiya-Ukrayna müharibəsinin başladığı fevralın 24-dən bəri qonşu ölkədən enerji daşıyıcılarının idxalına il dəfə qadağa qoyacaqlar. Neft və qaz idxalına qadağa qoyulması isə hələ ki, planlaşdırılmır.