Böyük Britaniya Ukraynaya iki minaaxtaran gəmi tədarük edəcək


Kiyev Qara dənizdə təhlükəsizliyi yaxşılaşdırmaq üçün Böyük Britaniyadan iki Sandaun sinifli minaaxtaran gəmi alacaq.


TASS xəbər verir ki, planlaşdırılmış tədarüklər barədə məlumat Böyük Britaniya Müdafiə Nazirliyinin bəyanatında yer alıb.

Qeyd olunur ki, Ukrayna Britaniya İxrac Kredit Agentliyinin köməyi ilə gəmilər alacaq. Bundan əlavə, Böyük Britaniya Müdafiə Nazirliyi Norveçlə birlikdə yeni dəniz koalisiyasının yaradılması barədə məlumatlandırılıb. Buraya Ukraynaya dəniz yardımı göstərmək istəyən ölkələr daxil olacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu