İngiltərə İsrailə dəstək üçün Kral Hərbi Dəniz Qüvvələrini və təyyarə göndərir


Britaniya Şərqi Aralıq dənizinə iki hərbi gəmi göndərəcək və onun kəşfiyyat təyyarələri İsrail ərazisi üzərindən uçuşlara başlayacaq.


AFN.az-ın məlumatına görə, bu barədə "Times" qəzeti yazıb. Nəşrin məlumatında bildirilir ki, bu addım İsraili Böyük Britaniyadan hərbi dəstək alacağına inandırmaq məqsədi daşıyır.

Qəzetin məlumatına görə, bölgəyə “Argus” və “Lime Bay” yardımçı gəmiləri göndəriləcək. BBC xəbər verir ki, Britaniya təyyarələrinin kəşfiyyat uçuşları yaxın 24 saat ərzində başlayacaq.

Onların vəzifəsi regionda sabitliyə təhdidlərə, məsələn, terror təşkilatlarına silah ötürülməsinə nəzarət etmək olacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu