ABŞ İsraili dəstəkləmək üçün hərbi gəmilər və təyyarələr göndərir


ABŞ müdafiə naziri Lyod Ostin "USS Gerald R. Ford" təyyarə daşıyıcı gəminin hücum qrupuna Şərqi Aralıq dənizinə hərəkət etmək əmrini verib.


Ostin açıqlamasında "ABŞ Hərbi Hava Qüvvələrinin bölgədəki F-35, F-15, F-16 və A-10 döyüş təyyarələri parkını artırmaq üçün də addımlar atdıq" - deyə bildirib. Müdafiə naziri qeyd edib ki, Birləşmiş Ştatlar lazım gələrsə, "bu çəkindirmə mövqeyini daha da gücləndirmək üçün qlobal səviyyədə qüvvələrini hazır saxlayır".

Hücum qrupunda "USS Gerald Ford"u müşayiət edən digər gəmilər aşağıdakı kimi sıralanıb:

Ticonderoga sinifli idarə olunan raket kreyseri:

USS Normandy (CG 60)

Arleigh-Burke sinif idarə olunan raket esminesləri:
- USS Thomas Hudner
- USS Ramage
- USS Carney
- USS Ruzvelt

Lyod Ostin bildirib ki, ABŞ İsrail müdafiə qüvvələrini sürətlə silah-sursat və əlavə avadanlıqla təmin edəcək. "İsrailə ilk yardım paketi bu gün hərəkət edir və yaxın günlərdə çatacaq" - deyə o əlavə edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu