Maduro Qayana ilə mübahisəli ərazidə mənzil tikintisinə icazə verib


Venesuela prezidenti Nikolas Maduro Qayana ilə sərhəd bölgədə yaşayış binalarının tikintisini və Qayana-Essekibo sakinlərinə Venesuela şəxsiyyət vəsiqələrinin verilməsini təsdiqləyib.



"Mən Xalq Hakimiyyəti Nazirliyinin Kuni çayının sahilində San Martin de Turumanda 120 ev tikmək layihəsini təsdiqlədim" deyə o, cümə axşamı Venezolana de Televiziya kanalına açıqlamasında bildirib.

Prezident seçkilərdən əvvəl Qayana-Essekibo ştatına rəhbər təyin edilmiş general-polkovnik Aleksis Rodriges Kabello ilə görüşdüyünü bildirib. Görüşdə təhsil, səhiyyə və mənzil tikintisi sahəsində planlar müzakirə edilib. Maduro əlavə edib ki, dövlətin ayrılmaz müdafiəsi və inteqrasiyalı inkişafı zonaları artıq yaradılıb. Venesuela prezidenti qeyd edib ki, Rodriges Kabello administrasiyasının yerləşəcəyi Tumeremo kəndində yaxın vaxtlarda Qayana ilə mübahisəli bölgə sakinləri üçün Venesuela şəxsiyyət vəsiqələrinin verilməsi üçün ofisin açılması planlaşdırılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu