Maduro partiyasının prezidentliyə namizədi olub


Venesuela prezidenti Nikolas Maduro iyulun 28-də keçiriləcək prezident seçkilərində partiyası tərəfindən üçüncü dəfə rəsmən namizəd göstərilib.


Partiya üzvlərinin sıx dəstəyi ilə Maduro prezident seçkilərində namizəd olmaq üçün Milli Seçki Şurasına (MŞŞ) müraciət edib.

Venesuela Birləşmiş Sosialist Partiyası (PSUV) tərəfindən üçüncü dəfə prezidentliyə namizəd olaraq irəli sürüldükdən sonra tərəfdarlarına təşəkkür nitqi söyləyən Maduro, “Yeni çağırışlarla mübarizə aparmaq üçün xalqın mənə verdiyi vəzifəni qəbul edirəm. Bircə bunu deyə bilərəm, mən də sizinlə eyni mübarək məhəllədən və sizin mənəvi dəstəyinizlə gəlmişəm” deyib.

Müstəqilliyi, azadlığı və vətəni sona qədər qoruyacaqlarını vurğulayan Maduro, "Mən bu ölkəni sonsuz sevirəm və uşaqlıqdan bəri həmişə müdafiə etmişəm, lazım olsa canımla da müdafiə edəcəm" ifadələrini işlədib.

Maduro dünyanın 50 hökumətindən 900-dən çox sanksiyaya məruz qaldıqlarını və bu təcavüzə qarşı ciddi müqavimət göstərdiklərini də bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu