Peru məsləhətləşmələr üçün Venesueladakı səfirini geri çağırır


Peru hakimiyyəti respublikanın Venesueladakı səfirini məsləhətləşmələr üçün geri çağırmaq qərarına gəlib.


AFN.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə Peru Xarici İşlər Nazirliyinin rəhbəri Xavyer Qonzales Olaeçe bildirib. "Venesuela seçki sistemi nümayəndələrinin çox ciddi rəsmi açıqlamalarını nəzərə alaraq, Perunun Venesuelada akkreditə olunmuş səfirinin məsləhətləşmələr üçün dərhal geri çağırılması qərara alındı", - departament rəhbəri X-dəki səhifəsində yazıb.

Peru hakimiyyəti Nikolas Maduronun Venesuelada keçirilən prezident seçkilərindəki qələbəsini tanımaqdan imtina edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu