İsrail İrlandiya və Norveçdəki səfirlərini geri çağırır


Norveç hökuməti beynəlxalq hüquq və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq Fələstini tanıyacağını açıqlayıb.


Bu açıqlamadan sonra İrlandiyanın baş naziri Harris də ölkəsinin Fələstin dövlətini tanıyacağını açıqlayıb.

İspaniyanın baş naziri Sançes isə ölkəsinin mayın 28-də Fələstin dövlətini rəsmən tanıyacağını açıqlayıb.

İsrail Fələstin dövlətini tanıyacaqlarını elan edən İrlandiya və Norveçdəki səfirlərini geri çağırmaq qərarına gəlib.

İsrail Xarici İşlər Nazirliyinin verdiyi açıqlamaya görə, xarici işlər naziri Yisrael Katz dərhal İsrailin Dublin və Oslodakı səfirlərini məsləhətləşmələr üçün çağırıb.

Bildirilib ki, səfirlər İrlandiya və Norveçin Fələstin dövlətini tanıyacaqlarını açıqlaması səbəbindən geri çağırılıb.

Xarici işlər naziri Katz qeyd edib ki, İspaniya Fələstin dövlətini tanımaq qərarına gəlsə, o da oxşar addım atacaq və İsrailin Madriddəki səfirini geri çağıracaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu