İspaniya Fələstin dövlətini 4 ölkə ilə eyni vaxtda tanımağı planlaşdırır


İspaniyadakı sol koalisiya hökuməti Fələstin dövlətinin tanınması üçün eyni anda 4 ölkə ilə ortaq qərar verməyi planlaşdırdırır.


İspaniya Xarici İşlər Nazirliyindəki mənbələr Baş nazir Pedro Sançes və Xarici İşlər Naziri Xose Manuel Albares tərəfindən dəfələrlə dilə gətirilən Fələstin dövlətinin tanınması təşəbbüsünün qısa müddət ərzində həyata keçirilməsinin planlaşdırıldığını bildirib. İspaniyanın 4 ölkə ilə - Malta, İrlandiya, əvvəlki birgə bəyanatında əlverişli şərtlər olduğu halda Fələstin dövlətini tanıyacağını vəd edən Sloveniya və bu təşəbbüsü dəstəklədiyini açıqlayan Norveçlə birgə hərəkət edəcəyi gözlənilir.

"Yamaykadan sonra dünyada Fələstin dövlətini tanıyan ölkələrin sayı 140-dır. İspaniya və digər ölkələrin də iştirakı ilə bunun 145-ə yüksələcəyini düşünürük" - deyən mənbələr bildiriblər ki, bu qərardan sonra onların gözləntiləri daimi atəşkəs elan etmək üçün tərəflərə təzyiqlərin artırılmasıdır.

"Fələstin dövlətinin tanınması həm İspaniya hökumətinin, həm də seçkidən əvvəl və sonra baş nazir Sançesin vədidir. Ümid edirik ki, bu, tərəfləri yenidən danışıqlar masasına oturtmağa xidmət edəcək. Bu, böyük strategiyadır və indi doğru zamandır, daha çox gözləmək lazım deyil" - deyə qeyd edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu